Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hikmət Hacıyev: "Kəlbəcərdəki mülki obyektlər ermənilər tərəfindən yandırılır"

[center]

Newscenter.az.15.11.2020. “Kəlbəcərdə qeyri qanuni olaraq yerləşdirilən insanlar oradan çıxarılmalıdır”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, mülki obyektlər ərazini tərk edən ermənilər tərəfindən yandırılır: “Bu proses çərçivəsində onlar ətraf mühitə və obyektlərə zərər vuraraq oradan çıxırlar. Bu, ekoloji terror əməllərinin də qarşısı alınmalıdır. Maddi-mədəniyyət abidələrinə də zərər vurulur. Ağdam rayonunda da qanunsuz arxeloji qazıntılar aparırlar. Qazıntılar nəticəsində əldə olunmuş əşyaların Ermənistana aparılması ilə bağlı da faktlar vardır. Bu, beynəlxalq konvensiyaların pozulmasıdır”.
Xəbəri paylaş