Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəhruz Məhərrəmov: "Soyuqqanlığımızı qoruyub 10 gün də səbr edək"

Bəhruz Məhərrəmov: "Soyuqqanlığımızı qoruyub 10 gün də səbr edək"


Newscenter.az.16.11.2020. “Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları arasında imzalanmış bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 15-dək, Ağdam rayonu noyabrın 20-dək və Laçın rayonu dekabrın 1-dək təhvil verilməli idi. Ötən gün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev yollardakı sıxlığı, ərazinin relyefini, habelə hava şərtlərinin nəzərə alınaraq Rusiya Prezidentinin xahişi ilə Kəlbəcərin təhvil verilməsi prosesinin noyabrın 25-nə keçirildiyini açıqladı. Əlbəttə prosesin 10 gün sonraya keçirilməsi bu günü iplə çəkən vətəndaşlarımız, xüsusən Kəlbəcər həsrəti ilə yaşayanlarımız üçün xoş xəbər olmadı, əslində vəziyyətdən elə hamımız narahatıq”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. O, qeyd edib ki, lakin, 27 il dözmüşük, soyuqqanlığımızı qoruyub 10 gün də səbr edək:

“Nəticə etibarı ilə razılaşmaya əsasən, dekabrın 1-dək bütün torpaqlar boşaldılır. Əgər Ali Baş Komandan Rusiya tərəfdən daxil olmuş bu xahişə müsbət yanaşıbsa, bizə də cənab Prezidentə güvənmək düşər. Hər halda müzəffər komandan olaraq yüzlərlə şəhid hesabına qazanılmış qələbəmizə kölgə düşməməsində hamımızdan çox məhz cənab Prezident maraqlıdır”.

Deputat deyib ki, bu baxımdan birliyimizi pozmayaq, möhkəm olaq, dövlətimizə güvənək:

“Unutmayaq ki, erməni qoşunlarının sağ qalmış tör-töküntülərinin bütövlükdə Azərbaycandan rədd olmasına cəmi 15 gün qalıb. Bir daha deyirəm, hər bir narahatlıq başa düşüləndir, yaxşı anlayırıq ki, razılaşmanın tərəfləri kimlərdir, lakin, özünüzü ruhdan salmayın, inamınızı qırmayın. 44 günlük müharibə göstərdi ki, nə biz o bizik, nə dövr o dövrdür. Üstəlik, onu da unutmayaq ki, biz tək deyilik”

Anar
Xəbəri paylaş