Ermənilərin mülki şəxslərə vurduğu ziyanın statistikası açıqlanıb
Tarix: 16-11-2020, 12:48
Newscenter.az.16.11.2020. Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 94 mülki şəxs qətlə yetirilib, 414 nəfər isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 512, çoxmənzilli yaşayış binalarının sayı 120, yaşayış evlərinin sayı isə 3 410-dir.