Newscenter.az.16.11.2020. rmənistanın hakim “Mənim addımım” fraksiyasının təşəbbüsü ilə baş nazir Nikol Paşinyan parlamentin növbədənkənar iclasında çıxış edib.
“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.
Amma parlamentdəki müxalifət deputatları iclası boykot edib.
N.Paşinyan deyib ki, iclasda müxalifətin iştirak etməməsindən təəssüflənir: “Onları maraqlandıran suallara cavab almaları üçün yaxşı imkan yaranıb”.
Qeyd edək ki, milyonçu deputat Qaqik Sarukyanın başçılıq etdiyi Çiçəklənən Ermənistan Partiyası parlamentdə ən əsas müxalif fraksiyaya məxsusdur.