Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan XİN başçısı istefa verdi



Newscenter.az.16.11.2020. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan vəzifəsindən istefa verib.

Newscenter.az xəbər verir ki, bunu ölkə Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan feysbukda yazıb.

Baş nazir Nikol Paşinyan Z.Mnatsakanyanın istefa ərizəsini qəbul edib.

N.Paşinyan deyib ki, XİN başçısının işdən azad edilməsinə səbəb 2018-ci ildən başlayaraq danışıqlar prosesinin faktiki olaraq torpaqların təhvil verilməsi istiqamətində getməsidir. O qeyd edib ki, danışıqlarda nəinki ətraf rayonların, hətta Şuşanın Azərbaycana qaytarılması məsələsi də müzakirə olunub.

Bununla belə, A.Naqdalyan baş nazirin iddiasını təkzib edərək danışıqlar prosesində Şuşadan imtinanın nəzərdə tutulmadığını vurğulayıb.

N.Paşinyan həmçinin hökumətin tərkibində başqa dəyişikliklər edəcəyini də bildirib.
Xəbəri paylaş