Newscenter.az.16.11.2020. “Covid 19 pandemiyasının son günlərdə Zərdab rayonunda sürərlə yayılması ilə bağlı olaraq həftə sonu TƏBİB-in rəhbərliyi ilə danışıb, vəziyyət haqqında məlumat verdik, rayona əlavə tibbi yardım edilməsini, mövcud durumun ən qısa zamanda nəzarətə götürülməsini və problemin həlli üçün mümkün və lazımlı olan tədbirlər görülməsini xahiş etdik. Apardığımız müzakirədən sonra, bu gün rayonda aparılacaq monitorinq nəticəsində qərar veriləcəyi bildirildi”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin Zərdab rayonundan olan deputatı Jalə Əliyeva deyib ki, indiki vəziyyətdə koronavirusdan qorunmaq üçün hər birimiz çox diqqətli olmalıyıq:
“Özünümüalicə ilə məşğul olmamağı, tibbi personala müraciət etməyi, şəxsi sanitar, gigienik şərtlərə əməl olunmasını xahiş edirik. Allah hamınızı, bütün ölkəmizi qorusun! Amin!”
Mehman