Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Avropadan qır-qırıntı alan “beşinci kolonun” cəfəng mülahizələrinə son qoydu



Newscenter.az.18.11.2020. Azərbaycanın başlatdığı Vətən müharibəsinin Zəfərlə başa vurması və doğma torpaqlarını Ermənistanın işğalından azad etməsi ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə nəticələndi. Separatçı rejimə müxtəlif vaxtlarda dəstək verən, silahlandıran bəzi ölkələr Ermənistanın kapituliyasiyasından sonra Azərbaycanın qalibiyyətini həzm edə bilmir, qərəzli bəyanatlar səsləndirirlər. ATƏT-in Minsk qrupunun “həmsədr” ölkəsi olan Fransa 44 günlük müharibə dövründə ermənipərəst siyasətini tam açıq nümayiş etdirdi. Bu, rəsmi Parisin siyasi əxlaq normalarını aşan və vasitəçilik missiyasına ciddi xələl gətirməklə, təcavüzkarın yanında yer aldığını təsdiqlədi.

Hazırda isə Paris meriyasının qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa hazırlaşması və erməni lobbisinin tam nəzarəti altında qatı ermənipərəst mövqeyini davam etdirməsi, həmsədr kimi mandatına zidd fəaliyyətini davam etdirməsi prosedurlara uyğun olaraq, Azərbaycan Fransanı həmsədrlik institutundan kənarlaşdırılması məsələsini gündəmə gətirir. Azərbaycanın ərazi bütövlüyünə dərin hörmətini ifadə edən Rusiya Federasiyası isə 44 günlük müharibə dövründə Ermənistanın yalvar-yaxarlarına, təxribatlarına baxmayaraq, tarixi ədalətin bərpa olunmasında Azərbaycanın mövqeyini tamamilə haqlı saydı.

Rusiya Prezidenti Vladimir Putin dünən yerli mediaya açıqlamasında Moskvanın mövqeyini bir daha konkretlşdirdi: “Dağlıq Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və Azərbaycan bütün dünya ölkələri, beynəlxalq hüquq tərəfindən tanınmış ərazilərini geri qaytardı”. Vladimir Putin müharibənin qalibi olan Azərbaycanın üstünlüyünü etiraf etməklə və öz ərazi bütövlüyünü təmin etməkdə tam haqlı olduğunu bildirməklə Ermənistanın işğalçı və təzavüzkar simasını də göstərmiş oldu. Acınacaqlı həyat və böhran yaşayan rəsmi İrəvanın müharibə cəhdlərinin səməriz olduğunu və bu halda Ermənistanın intiharının baş verəcəyini bəyan etdi. Rəsmi Moskva Azərbaycan-Türkiyə müttəfiqliyinin də tam əsaslı olduğunu, Türkiyənin Azərbaycanı birtərəfli qaydada dəstəkləməsi ilə bağlı məsələdə də optimist və obyektiv münasibətini ifadə edib. “Azərbaycan müstəqil, suveren dövlətdir və Azərbaycan özünün lazım hesab etdiyi müttəfiqləri seçmək hüququna malikdir. Bu məsələdə kim ona mane ola bilər?” bəyanatı bir daha respublikamızın güclü suveren dövlət olmasına dəlalət edir. Eyni zamanda, Türkiyənin regionda sülhyaratma missiaysına müsbət yanaşır. “Türkiyə lap əvvəldən Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-in Minsk qrupunun üzvüdür, Türkiyəni “beynəlxalq hüququ pozmaqda” ittiham etmək çətindir”. Rusiya Federasiyasının Prezidentinin bu açıqlaması Qarabağ mövzusunda son günlər siyasi “xaltura edən” və Avropadan qır-qırıntı alan “beşinci kolonun” da cəfəng mülahizələrinə son qoydu.

Beləliklə, Qarabağ probleminin həll edilməsi regionun siyasi və iqtisadi xəritəsini dəyişəcək, yeni trans-kontinental, birgə əməkdaşlıq platforması daha da möhkəmlənəcək. Coğrafiyada yeni əməkdaşlıq mühiti yaranacaq, xüsusilə də, Naxçıvan ərazisindən birbaşa nəqliyyat kommunikasiyalarının bərpa edilməsi Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələr üçün yeni imkanlar yaradacaq. Bölgədə bütün ölkələrlə geniş əməkdaşlıq və iqtisadi əlaqələr üçün etimad mühiti bərqərar olacaqdır. Bu, Azərbaycan-Türkiyə və Azərbaycan-Rusiya siyasi, iqtisadi, humanitar əlaqələrinin daha da güclənməsinə, yaxın və faydalı dostluğun möhkəmlənməsinə səbəb olacaqdır.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş