Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin ermənilərin nəzərinə çatdırdı ki, Paşinyanın yaxasından yapışın



Newscenter.az.18.11.2020.
Rusiya prezidenti Vladimir Putinin "Rossiya 24” kanalına Dağlıq Qarabağla bağlı verdiyi müsahibəsində bir neçə məqam xüsusilə önəmlidir.

Birincisi, Rusiya prezidentinin Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu barədə sözləri hər kəsə açıq mesajdır və bunu ilk növbədə ermənilər necə deyərlər, qulaqlarında sırğa edib yadda saxlamalıdırlar. Putinin bu mövqeyi BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər beynəlxalq təşkilatların qərarları ilə üst-üstə düşür. Bu çox önəmli məsələdir.

İkincisi Putin ermənilərin nəzərinə çatdırdı ki, müharibədə uduzmağınıza və Şuşanın getməsinə görə ATƏT-in Minsk Qrupu həmsədrlərini və o cümlədən Rusiyanı günahlandırmayın, öz baş nazirinizin - Paşinyanın yaxasından yapışın.

Və nəhayət üçüncüsü, Putin Türkiyə-Azərbaycan əməkdaşlığına toxunaraq bildirdi ki, Azərbaycana hərbi dəstək vermək Türkiyə və Azərbaycanın daxili işidir. Türkiyənin Azərbaycana birtərəfli qaydada dəstək verməsi, Azərbaycanın da bu dəstəyi qəbul etməsi normaldır. Türkiyə bununla beynəlxalq hüququ pozmur. Putin bu sözləri dilə gətirməklə bəyan etdi ki, Rusiyanın sərhədlərində Türkiyənin varlığı ilə hesablaşır, Türkiyənin nüfuzunu və rolunu etiraf edir. Rusiya prezidenti faktiki olaraq Azərbaycan-Türkiyə ittifaqının qarşısıalınmaz bir reallıq olduğunu etiraf etdi.

Putin realist siyasətçidir. O illüziyalarla yaşamır. Məhz buna görə də prosesləri düzgün qiymətləndirə bilir. Ümumən, Putinin bu müsahibəsində geniş müzakirə və təhlil olunası məqamlar çoxdur. Xüsusən də Qarabağın bu günü və gələcəyi ilə bağlı məqamları müzakirə etməyə dəyər.

Əlisahib Hüseynov -
Milli Həmrəylik Partiyasının (MHP) sədri


Putin ermənilərin nəzərinə çatdırdı ki, Paşinyanın yaxasından yapışın
Xəbəri paylaş