Newscenter.az.18.11.2020. Ermənistanın Qarabağ üzrə əldə edilmiş hazırkı razılaşmadan imtinası bu ölkə üçün intihar olardı.
"Report" xəbər verir ki, bu barədə "Rossiya 24" telekanalının efirində Rusiya prezidenti Vladimir Putin deyib.
"Bu, intihar olardı. Baş nazir Nikol Paşinyan üçün əlbəttə ki, çətin idi, lakin üçtərəfli bəyanatımızı imzalayarkən real mənzərəni və vəziyyəti olduğu kimi açıqladı, vəziyyət bu gün də belədir. Əlavə edəcək bir şey yoxdur. O, bütün həqiqəti söylədi", - Putin deyib.
Kreml rəhbəri eyni zamanda qeyd edib ki, müqavilələrə riayət etmək və ya yerinə yetirməmək hər bir ölkənin öz işidir, lakin öhdəlikləri yerinə yetirməmək böyük səhv olardı.