Newscenter.az.24.11.2020. Azərbaycanda koronavirus infeksiyasına yoluxan daha bir həkim vəfat edib.
"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkimi, 1950-ci il təvəllüdlü Əlihüseyn İbrahimov COVID-19-dan dünyasını dəyişib.
O, müalicə olunduğu paytaxt xəstəxanalarından birində vəfat edib.
Qeyd edək ki, Ə.İbrahimov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında həkim-nevropatoloq işləyirdi.