Şəhid xanımının ürək dağlayan xatirələri: "Qızım telefonu gətirib deyir ki, atama zəng elə, indi mən nə edim?"-VİDEO
Tarix: 26-11-2020, 23:49
Newscenter.az.26.11.2020. "Həyat yoldaşım Gəncədə ermənilər tərəfindən öldürülən körpələrin qisasını almağa gedirəm deyərək döyüşə yollandı".
Bu sözləri Unikal.org-a açıqlamasında XTQ-nin şəhid komandiri Rəşad Əliyevin həyat yoldaşı Rəfiqə Əliyeva deyib. O, həyat yoldaşının cəbhəyə yollanmasından və keçdiyi hərb yolundan danışıb.