Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xanım deputatın qardaşı Qarabağ döyüşlərində yaralanıb-FOTOLAR

Xanım deputatın qardaşı Qarabağ döyüşlərində yaralanıb-FOTOLAR


Newscenter.az.26.11.2020. "Əfsuslar olsun ki, bəzi vətəndaşlarımız, bilən və bilməyən hər kəs dəqiq bilmədikləri, yalan-yalnış və həqiqəti əks etdirməyən məlumatlar yayır. Bu şəxslərin fikrinə görə heç bir deputatın övladı və ya yaxınları əsgər getməyib, Böyük Vətən Müharibəsində iştirak etməyib, yaralanmayıb və ya Vətənimiz uğrunda Şəhid olmayıb. Buradan belə düşünən hər bir həmvətənimizə səslənərək xahiş etmək istəyirəm ki, dəqiq bilmədiyiniz məlumatları kütləviləşdirib səhv xəbər yaymayın".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkilinin sözlərinə görə, əgər biz ar edib, özümüzə sığışdırmayıb nələrisə paylaşmırıqsa bu o demək deyil ki, sizin yalan məlumatlarınız doğrudur:

"Ümumiyyətlə, vəzifəsindən, sosial rifahından asılı olmayaraq heç bir insan özünü hər addımı ilə reklam etməməlidir. İlk şəkildə gördüyünüz oğlum əsgər Əhmədov Kazım Babək oğludur. İyun ayından etibarən həqiqi hərbi xidmətdədir. İkinci şəkildə gördüyünüz isə bacım oğlu, evin tək övladı əsgər Xələfov Həmid Ramiz oğludur. Uşaq yaşlarından atasını itirmiş igid Həmid Vətən uğrunda, Füzuli uğrunda gedən döyüşlərdə iki dəfə minaya düşərək zədə alıb".

Deputat bəzi qələm əhlinə qərəzsiz və vicdanlı olmağı, nələrisə yazarkən onun həqiqiliyini dəqiqləşdirməyi məsləhət görüb:

"Hər birimizin övladı Vətənimiz uğrunda qazi, Şəhid olmağa hazırdır və hər kəs bu dünyada bərabərdir! Bu kimi məlumatları paylaşıb özümü heç bir zaman reklam etməmişəm, lakin, təəssüflər olsun ki, səhv məlumatlara qarşılıq olaraq həqiqətləri çatdırmaq üçün bunu paylaşmağa məcbur qalıram.
Bir daha hər birinizi Şanlı qələbəmiz münasibəti ilə təbrik edir, Allahdan bütün şəhidlərimizə rəhmət, əsgərlərimizə isə can sağlığı arzu edirəm!"

Anar
Xəbəri paylaş