Newscenter.az.28.11.2020. Hazırkı dövrədək Azərbaycanda 114 025 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Newscenter.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, onlardan 71 691 nəfər müalicə olunaraq sağalıb, 1 323 nəfər vəfat edib. Aktiv xəstə sayı 41 011 nəfərdir.
Ötən müddət ərzində 1 700 654 test aparılıb. Bugünkü test sayı isə 18 420-dir.