Newscenter.az.28.11.2020. Azərbaycanda məhkəmə hakimi vəfat edib.
“Report”un xəbərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdullayev Mehdixan Ədil oğlu 60 yaşında vəfat edib.
Məhkəmə-Hüquq Şurası məlumatı təsdiqləyib.
Allah rəhmət eləsin!
Qeyd edək ki, M.Abdullayev 1994-2008-ci illərdə Hərbi prokurorluqda müxtəlif vəzifələrdə çalışıb.
2008–2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi, 2011-ci ildən isə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.