Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilər 30-a yaxın kəndə 41 min mina basdırıb



Newscenter.az.28.11.2020. "1994-cü ilin qış əməliyyatları zamanı biz cəmi 30 kəndi işğaldan azad etdik. Bundan sonra Müdafiə Nazirliyinin mühəndis-istehkam bölmələri ( o vaxt hələ ANAMA yox idi) həmin bu 30 kəndin ərazisindən 41000 mina təmizlədi. Bu kəndlər cəmi 3-4 ay işğalda qalmışdı".

Newscenter.az xəbər verir ki, bu fikirləri Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov səsləndirib. O, bildirib ki, hazırda
azad olunan ərazilər 27-28 il işğal altında olub və ermənilər buranı tərk etdikdə yenidən minalayıblar:

"ANAMA son 10 gün ərzində təkcə Ağdam ərazisinin bir hissəsindən təxminən 7000 ədəd mina və partlamamış sursat tapıb. Bu təhlükənin ciddiliyini bilənlər bilməyənlərə izah etsin. Yol kənarlarına plakat vurmaqla bu təhlükədən qoruna bilməyəcəyik, hamı dərk etməlidir ki, icazə verilməyən ərazilərə girmək bu gün Füzulidə baş verən hadisə kimi nəticələnəcək".

Anar

Xəbəri paylaş