Newscenter.az.28.11.2020. Bu bir reallıqdır ki, xalqını və dövlətini həm rəzil vəziyyətə salan, həm də ucaldan Allahın həmin xalqa bəxş etdiyi şəxsiyyətlərdir!
Özünün Diplomatiya əsərində Kissincer yazırdı ki, Fransanın əzəməti III Napoleonun Bismark Almaniyasına sarsıdıcı məğlubiyyəti ilə də məhv oldu.
Elə həmin Kissincer də daxil olmaqla, XX əsrin bir çox siyasət və diplomatiya adamları Fransanın hazırki 5-ci respublikasının yaradıcısı Şarl de Qollu sonuncu böyük fransız adlandırırdılar. Adamın 2 metrlik boyuna (təbii ki, boy məsələsi simvolik xarakter daşıyır) uyğun siyasəti də çox böyük idi.
Bəs indi, xüsusilə də özü kimi həm mənəvi, həm də fiziki cılız olan Ermanuel Makron kimilərin etdikləri Fransanı hansı vəziyyətə salıb?!
Təbii ki, heç bir hüquqi quvvəsi olmayan və sonradan da elə öz XİN tərəfindən pislənilən həmin kağız parçası ilə, məğlub Ermənistana da nəsə vermək görüntüsü yaratmaq cəhdi var
Ancaq, o bədnam və təyinatı bilinməyən qətnamədən də, onun qəbul edildiyi zamandan və məzmunundan da görünür ki, Fransanın əas siyasi ağrısı nə Qarabağdır, nə də Azərbaycan!
Fransanın və onu idarə edən islamofobların və türkafobların yuxusuna haram qatan Türkiyədir. Adamlar yüzillərdir sovurduqları hara girirlərsə Türkiyədən sillə alırlar! Liviyada aldılar silləni!
Livanda və Suriyada da eyni aqibəti yaşayan Fransa özünün daxili su hövzəsi hesab etdiyi Aralıq dənizində də Türkiyə ilə qarşılaşmalı oldu
Şərqi Aralıq dənizində hələ də davam edən qarşıdurmada, Fransaya heç bir güzəştə getməyəcək Türkiyəyə qarşı Makron müttəfiq axtarışındadır. Ancaq hələ ki, tapdığı müttəfiqlər özləri yol getməyə yedək axtaran zəif dövlətlərdir.
Ən son, Fransanın burnunu Türkiyə cənubi Qafqazda ovdu demək olar. Qarabağ münaqişəsinin həllinə hələ ən az bir otuz il də ağsaqqallıq etməyi düşünən Fransanı, bu məsələnin həllindən kənarda saxlamaqla saqqalsız edən Türkiyədən hayıfını Makron bu cür cılız qətnamələrin qəbulunda görür.
Makron Fransasının yuxusuna haram qatan əsas məqam, hər vəchlə qarşı-qarşıya gətirmək istədikləri Türkiyə ilə Fransa Azərbaycanın yürütdüyü diplomatiya sayəsində cənubi Qafqazda da razılığa gələ bildilər. Fransa futboldakı kimi ofsaydda (oyundan kənar) qaldı
Düşünürəm ki, müəyyən dönəmlərdə də olsa qərb dövlətlərinə də, R.T.Ərdoğan, İ.Əliyev və V.Putin kimi güclü şəxsiyyətlər lazımdır.
Xəyal Bəşirov-politoloq