Newscenter.az.30.11.2020. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 27 sentyabr-30 noyabr tarixlərində 2 061 siqnal əsasında 1 543 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.
Bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.
"727 ədəd partlamamış hərbi sursat (PHS), 4 330 ədəd piyada əleyhinə mina, 1 110 ədə tank əleyhinə mina, 1 743 ədəd tank əıleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1 393 ədəd 9N235 bombacıqları, 10 730 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 168 qram qara barıt, 27 ədəd hərbi məqsədlər üçün meteoroloji radiopelenqator, 7 ədəd dron (zərərsizləşdirilmiş), 2 ədəd raketin mikro sxemi və 1 643 ədəd partlamamış raket hissələri aşkar olunub", o bildirib.