Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçına komendant təyin edilib



Newscenter.az.3.12.2020. İşğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Azərbaycan Respublikasının Prezidentin imzaladığı Fərmana uyğun olaraq, Daxili İşlər Nazirliyi (DİN) müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin edir və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil edir.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrlərinə əsasən, Laçın Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Adil Əliyev Laçın rayonuna, Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Haqverdi Əkbərov Kəlbəcər rayonuna komendant təyin ediliblər.

Şöbələrin şəxsi heyəti müvafiq rayon sakinlərinin sıx məskunlaşdıqları bölgələrdə fəaliyyətlərini davam etdirməklə yanaşı, işğaldan azad edilmiş rayonlarda xidmətə cəlb ediliblər.
Xəbəri paylaş