Newscenter.az.4.12.2020. İndiyədək ölkədə ümumilikdə 138 000 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 83 800 nəfər müalicə olunaraq sağalıb, 1 551 nəfər vəfat edib, aktiv xəstə sayı 52 649 olub.
Newscenter.az xəbər verir ki, bu barədə açıqlamanı Nazirlər Kabineti yanında Operativ Qəraragah yayıb.
Bildirilib ki, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 808, bu günə qədər isə ümumilikdə 1 797 026 test icra olunub.