Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hazırda pandemiya ilə mübarizədə birgə əməkdaşlıqdan başqa yol yoxdur



Newscenter.az.4.12.2020. Koronavirus pandemiyasının başladığı andan Prezident İlham Əliyevin infeksiya ilə səmərəli mübarizənin təmin olunması üçün beynəlxalq platformaların yaradılması təşəbbüsü ilə çıxış etməsi dünyada böyük rəğbətlə qarşılanmışdır. Xüsusilə də Azərbaycan liderinin təşəbbüsü ilə ilk dəfə koronavirusa qarşı mübarizə istiqamətində beynəlxalq səylərin səfərbər olunması dünya birliyində müsbət reaksiya doğurmuşdur. Bu məqsədlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda Prezident İlham Əliyevin təşəbbüsü ilə bu təsisatın dövlət və hökumət başçıları səviyyəsində fövqəladə Zirvə Görüşünün və Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Görüşünün keçirilməsi bunun bariz nümunəsi idi. Ötən gün Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi də Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Cənab Prezidentin bu təşəbbüslə çıxış etməsi qlobal həmrəyliyə öz töhfəsini verməklə yanaşı, Azərbaycanın beynəlxalq ictimaiyyətin məsuliyyətli və bəşəri dəyərlərinin fəal müdafiəçisi kimi statusunu da gücləndirir.

BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə Prezident İlham Əliyevin təşəbbüsünü dünyanın 130-dan çox ölkəsinin dəstəkləməsi dünya dövlətlərinin Azərbaycana böyük etimadının və hörmətinin göstəricisi idi. Azərbaycan ilk gündən pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri gördüyü kimi, beynəlxalq miqyasda da özünü çox məsuliyyətli dövlət kimi aparması ilə böyük rəğbət doğurur, qlobal həmrəyliyin möhkəmlənməsinə fəal dəstək nü¬mayiş etdirməsi müxtəlif beynəlxalq platformalarda alqışlanır. Təsadüfi deyil ki, Azərbaycan COVID-19-la mübarizə məqsədilə indiyədək qlobal həmrəyliyin nümunəsi kimi Ümum¬dünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humani¬tar yardım göstərmişdir.

Şübhəsiz, COVID-19 infeksiya¬sının yaratdığı pandemiya reallığı ilə əvvəllər heç bir ölkə qarşılaşma¬mışdır. Buna görə də, pandemiya indi dünya üçün ümumi bəla və ciddi imtahan sayılır. Hazırda bu vəziyyət bütün bəşəriyyət üçün təhlükə mənbəyi olaraq qalmaqdadır. Bütün ölkələrdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, vəziyyət hələ də mürəkkəb olaraq qalmaqda davam edir. Hazırda bütün dünyanın COVID-19 pandemiyasına qarşı, sözün əsl mənasında, vuruşduğu bir zaman¬da bu qlobal təhlükə ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin möhkəmlənməsi məqsəd kimi ön plana çıxır. Bu mövzunun BMT-nin Baş Assambleya¬sının xüsusi sessiyasında müzakirəyə çıxarılması isə dünyada cərəyan edən bu böhranın nəticələrinin aradan qaldırılmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dövlətlər arasında qarşılıqlı etima¬dın möhkəmləndirilməsinə, dünya əhalisinin sağlamlığının qorunmasına xidmət edəcəyi şübhə doğurmur. Elə Prezident İlham Əliyev xüsusi sessiyada Qoşulmama Hərəkatının sədri kimi çıxışında pandemiyanın təsirindən formalaşmış qlobal problemləri və həll yollarını göstərməsi də bunun əyani sübutudur. Azərbaycan Prezidenti COVID-19 pandemiyasının fəsadları ilə bağlı Qoşulmama Hərəkatının narahatlığını ifadə edib. Pandemiyanın bütün ölkələrdə zəiflikləri və bərabərsizliyi aşkara çıxararaq onları daha da kəskinləşdirdiyini, habelə yoxsulluğu dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırdığını, pandemiyanın ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurduğunu diqqətə çatdırıb. Bütövlükdə, 2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib və bu böhran cəmiyyətlərə, iqtisadiyyata, qlobal ticarət və səyahətə böyük zərər yetirib, insanların yaşayışına sarsıdıcı təsir göstərib. Xüsusilə qeyd etmək vacibdir ki, ölkə başçısı COVID-19 pandemiyası ilə mübarizənin ayrılıq¬da deyil, birlikdə mümkün olduğunu vurğulayır. Hamı da anlayır ki, hazır¬da pandemiya ilə mübarizədə birgə əməkdaşlıqdan başqa yol da yoxdur. Buna görə də, Azərbaycan lideri belə bir tarixi təşəbbüslə çıxış etdi.

Bir sözlə, Prezident İlham Əliyevin bəşəriyyət üçün əhəmiyyətli olan təşəbbüsünün dəstəklənməsi və bu istiqamətdə BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi dünya¬nı çənginə almış COVID-19 pande¬miyasına qarşı mübarizədə önəmli addım olmaqla yanaşı, Azərbaycanın dünya birliyinin məsuliyyətli və bəşəri problemlərin həllində çevik davra¬nan ölkə olduğunu da təsdiqləyir.

Anar MƏMMƏDOV
Milli Məclisin deputatı
Xəbəri paylaş