Newscenter.az.4.12.2020. Vətən müharibəsi şəhidlərinin xatirəsi Şuşa şəhərində hərbçiləriniz tərəfindən yad edilib.
Hərçbilərimiz Şuşa Qalasından asılmış Azərbaycan bayrağının qarşısında sayğı duruşunda dayanaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş hərbçilərimizi bir dəqiqəlik sükutla yad ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 4 dekabr saat 12:00-da bütün Azərbaycan ərazisində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.