Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib



Newscenter.az.5.12.2020. Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Newscenter.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

17 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsindən damına qədər şaxta boyunca elektrik kabelləri 48 p.m yanıb. Yanğın zamanı 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəbəri paylaş