Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KOB könüllülərinin “Könüllülər ili”nə töhfəsi

KOB könüllülərinin “Könüllülər ili”nə töhfəsi


Newscenter.az.5.12.2020. Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, 2020-ci il ölkəmizdə "Könüllülər ili" elan edilib.

Newscenter.az-a daxil olan məlumata görə, “Könüllülər ili”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) könüllü olmuş 7 gənc Agentliyin struktur bölmələrində işlə təmin edilib. Ümumilikdə indiyədək 200-dən çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub.

"Könüllülər ili"nə töhfə vermək məqsədilə KOBİA-nın dəstəyi və "KOB könülllüləri"nin təşəbbüsü ilə "Könüllünün öz/əl kitabı" nəşr edilib və ölkəmizdə fəaliyyət göstərən müxtəlif təşkilatların könüllülərinə pulsuz paylanılıb. 2020-ci ildə “KOB könüllüləri” Agentliyin dəstəyi və iştirakı ilə keçirilmiş müxtəlif tədbirlərin, aksiyaların təşkilinə dəstək göstərib, könüllülərin təşəbbüsü ilə müxtəlif layihələr həyata keçirilib.

Gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, peşəkar əmək fəaliyyətinə başlayanadək onlara əmək vərdişlərinin aşılanması, eləcə də sahibkarlara dəstək məqsədilə KOBİA-da 2018-ci ildən “KOB Könüllüləri” Proqramı həyata keçirilir, Könüllü Şurası fəaliyyət göstərir. “KOB könüllüləri” Agentliyin inzibati binasında, "KOB Dostu" ofislərində, KOB evlərində və qurumun digər strukturlarında gündəlik iş prosesində yaxından iştirak etməklə təcrübə toplayır, öz bilik və bacarıqlarını artırırlar. 2 ay davam edən könüllülük fəaliyyətinin sonunda "KOB könüllüləri"nə sertifikatlar verilir.

Sevinc
Xəbəri paylaş