Newscenter.az.5.12.2020. “Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel hesab edir ki, Türkiyə və Rusiya Dağlıq Qarabağ, Suriya və Liviyada münaqişələrdə "astanalaşır. Yəni Suriyada nizamlanma üzrə Astana formatı tətbiq edir və Aİ-ni nizamlanma prosesindən sıxışdırır. Barrel deyir ki, Avropa İttifaqı maraqlarının risk altında olduğu yerlərdə olmalıdır . Biz öz potensialımızdakı bir çox boşluqları aradan qaldırmalı və maraqlarımızın risk altında olduğu yerlərdə fəal iştirak etməliyik”.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən politoloq Yeganə Hacıyeva hesab edir ki, Aİ bu sıxışdırmaların səbəbini Türkiyə və Rusiyada deyil, öz ikili standartlı və iki üzlü siyasətində axtarmalıdır:
“Aİ-nin maraqlarının müdafiəsi üçün Fransanın öhdəlik və məhsuliyyət daşıdığı bütün layihələrdə maraqları diskreditasiya olundu. Fransa Aİ -nin xarici maraqlarını seçki ili öncəsi öz daxili siyasətində xərclədi”.
Politoloq bildirib ki, 44 gün ərzində Ermənistan Avropa İttifaqının qaz xətləri keçən Gəncə və Tovuz bölgəsini raket atəşinə tutdu, həmin bölgə və diğər Bərdə, Tərtər , Agcəbədi rayonlarda mülki əhalinin yaşadığı ərazilərə raket atdı, mülki əhali öldürüldü Avropa İttifaqı bu mövzuları ya şərh etmədi, ya da heç nəyə yararlı olmayan dişsiz bəyanatlar verdi: “Aİ -nin aparıcı ölkəsi Fransa isə 44 günlük müharibədə Ermənistanın ideoloqu oldu. Odur ki, öz səhvlərinin günahını başqalarında axtarmasınlar”.
Anar