Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya və Türkiyə arasında yaranacaq monitorinq mərkəzi Ağdamda yerləşəcək



Newscenter.az.5.12.2020. 10 noyabr bəyanatına uyğun olaraq Dağlıq Qarabağda sülhyaratma prosesinə nəzarət edəcək Rusiya-Türkiyə Monitorinq Mərkəzi Ağdam şəhərində yerləşəcək.

Newscenter.az xəbər verir ki, bu barədə razılıq Türkiyə və Rusiyanın yüksək səviyyəli hərbi rəsmiləri arasında aparılan danışıqların nəticəsi olaraq əldə edilib.

Məlumata görə, Rusiya və Türkiyə arasında monitorinq mərkəzinin təşkili məsələləri üzrə danışıqlar prosesi artıq başa çatıb. Azərbaycanla razılıq əsasında mərkəzin olacağı yer müəyyən edilib – mərkəz Ağdamda yerləşəcək.

Türkiyə hərbçiləri ərazilərə dronlar vasitəsilə nəzarət edəcəklər. Müşahidə əsasən erməni əhalinin yaşadığı ərazilərdə aparacaq. Qarabağdakı Ermənistan silahlı qüvvələrinin olduğu bütün yerlərdə, Xocavənd, Xocalı və Xankəndi də daxil olmaqla Azərbaycan Silahlı Qüvvələri dayanacaq.
Xəbəri paylaş