Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Orduya dəstək yürüşündə saxlanılan 15 nəfər ev dustaqlığına buraxılıb



Newscenter.az.7.12.2020
. Bu gün Səbail rayon Məhkəməsində iyulun 14-də Bakıda keçirilən aksiyada təqsirləndirilərək saxlanılan 15 nəfər barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə dövlət ittihamçısının vəsatətinə baxılıb.

Hakim Ağamalı Qafarovun sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib və təqsirləndirilən şəxslərdən AXCP fəalları Ramid Nağıyev, Gündüz Mirzəyev, Elnur Cabbarovun cəzası ev dustaqlığına dəyişdirilib.

Bundan başqa, aksiya zamanı saxlanılan ADR üzvü Pərvin Çobanov, Naxçıvan Daxili İşlər Nazirliyinin sabiq nazir müavini Siyavuş Mustafayev və digər 10 nəfər - Məmmədov İsmayıl, Əliyev İlkin, Məmişov Taleh, Məmmədov Elçin, Məmmədov Azər, Babayev Ramiz, Mustafayev Səbuhi , Vahabov Müşfiq, Abadov Fərid və Mövlayev Dəyanət də ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, aksiya zamanı saxlanılan 36 nəfərdən 21 nəfəri bu il noyabrın 16-da məhkəmə qərarı ilə ev dustaqlığına buraxılmışdı.
Xəbəri paylaş