Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Şuşaya 4 km qalmışdı ki, yaralandım"-VIDEO



Newscenter.az.8.12.2020. Azərbaycanın 44 günlük Vətən müharibəsində öz döyüş şücaəti ilə seçilənlərdən biri də Ağakişiyev Kamran Cavanşir oğludur. Kamran 1998-ci ildə Abşeron rayonu Qobu qəsəbəsində anadan olub. 2013-cü ildə Qobu qəsəbəsində yerləşən Qəzənfər Xalıqov adına tam orta məktəbi bitirib və elə həmin il Dövlət Dəmiryolu Liseyinə daxil olur. 2016-cı ildə təhsilini bitirərək hərbi xidmətə yollanır. 2018-ci ildə hərbi xidməti başa vurduqdan sonra, yenidən Bakıya qayıdır.

İkinci Qarabağ müharibəsi zamanı sentyabrın 27-də çağırış gəlib və hərbi xidmətə yollanıb. Qızğın döyüşlər zamanı oktyabrın 8-dən etibarən Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan və Xocəvənd uğrunda döyüşlərdə iştirak edib.

O, oktyabrın 21- də Xocavəndin Ərgünəş dağında minaatan mərmisi partlaması nəticəsində ağır yaralanıb.

“Report”a həmsöhbət olan Kamran Ağakişiyev deyib ki, yaralanmasaydı Şuşaya 4 km-dən sonra çatacaqdı. Hazırda Kamranın sol kürəyində açıq yara və bədəninin müəyyən hissələrində qəlpələr var. Müalicəsini ev şəraitində davam etdirir.
Xəbəri paylaş