Newscenter.az.8.12.2020. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərmana əsasən Fondun vəsaitininin istifadə olunacağı istiqamətlər açıqlanıb.
Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunacaq:
- şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması;
- müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi;
- təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi;
- məişət şəraitinin yaxşılaşdırılması;
- Himayəçilik Şurasının müəyyən etdiyi digər istiqamətlər.