Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Minsk qrupu formatına son verməlidir



Newscenter.az.9.12.2020. "ATƏT-in Minsk qrupunun həmsədrləri regiona gəlir. Həmsədrlərin Azərbaycan və Ermənistana gəlib nəyi danışacağı, nəyi müzakirə edəcəkləri özlərinə də maraqlıdır. Azərbaycan və Ermənistanla sərhəd məsələləri iki ölkə arasında həll edilir. Minsk qrupunun kurasiyasında bu məsələ yoxdur".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, deyib ki, Qarabağla bağlı məsələyə gəldikdə isə, burada danışıqlar Ankara-Baki və Moskva arasında format şəklində davam edir:

"İmzalanan bəyannamə var. Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdən ermeni hərbi birləşmələr çıxarılmalı, azərbaycanlılar geri qayıtmalıdır. Burada Minsk qrupunun hər hansı bir iş görəcəyi, prosesə töhfə verəcəyi mümkün deyil".

Politoloqun sözlərinə görə, çalışacaqlar ki, ermenilərə dəstək verilsin və silahlı erməni birləşmələri ərazidən çıxmasın:

"Ona görə də Azərbaycan artıq bu formata son verməlidir. Ermənistan Minsk qrupunun davam etməsində ciddi maraqlıdır. Azərbaycan üçün bu məsələ bitməlidir".

Mehman
Xəbəri paylaş