Newscenter.az.13.12.2020. "Azərbaycan xalqı xoşbəxtdir ki, bəşər sivilizasiyasına və dünya siyasətinə böyük töhfələr bəxş edibdir. Dünya siyasətinin nəhəng şəxsiyyəti Heydər Əliyev xalqımızın milli sərvətidir".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, illər keçdikcə, bu xəzinənin qiymətini və onun əvəzolunmazlığının bir daha şahidi oluruq:
"Fəxrlə deyə bilərik ki, bu gün Müzəffər Ali Baş Komandanımızın və Qəhrəman Milli Ordumuzun rəşadət və şücaətilə qazandığımız Böyük Qələbədə Onun böyük xidmətləri danılmazdır. Bu mənada, çağdaş Azərbaycan xalqı xoşbəxtdir ki, iki böyük dahinin, həm Heydər Əliyevin, həm də İlham Əliyevin müasiridir. Allah Ulu Öndərə rəhmət etsin. Amin.
Allah xalqımızın şərəf və ləyaqətini ucalara yüksəldən və dövlətimizi dünyanın ən nüfuzlu və qürurlu dövlətlərindən edən Respublikamızın Prezidenti möhtərəm cənab İlham Əliyevə və ailəsinə can sağlığı nəsib etsin. Amin".
Anar