Newscenter.az.13.12.2020. Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatı tərəfindən ulu öndərin anım gününə həsr olunmuş “Ümumilli lider Heydər Əliyevin siyasi irsi, müasirlik və gələcək inkişaf perspektivləri” mövzusunda onlayn tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, videogörüşdə dahi şəxsiyyət Heydər Əliyevin şərəfli həyat və fəaliyyəti haqqında geniş məlumat verildi. Ölkəmizin inkişafı, xalqımızın firavanlığı naminə əvəzolunmaz xidmətlər göstərmiş Ulu Öndərin xatirəsinin hər zaman böyük sevgi və ehtiramla anıldığı diqqətə çatdırılıb.
Müasir Azərbaycanımızın memarı Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlərdən bəhs olunub.
Anar