Newscenter.az.14.12.2020. Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus pandemiyası ilə əlaqədar həyata keçirilən sərt karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində bütün zəruri təxirəsalınmaz tədbirlər görülür.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Newscenter.az-a verilən məlumata görə RPŞ-nin Post Patrul Xidmətinin əməkdaşları rayonun bütün küçə və prospektlərində, eləcə də parklarda vətəndaşlar ilə mütəmadi olaraq maarifləndirici söhbətlər apararaq onlara evdə qalmalarını tövsiyələr edir, zərurət yarandığı halda isə yalnız icazə sistemi vasitəsilə icazə aldıqdan sonra yaşadıqları yerləri tərk etmələrini çatdırırlar.