Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın sədrliyi ilə Enerji Xartiyası Konfransının 31-ci iclası keçiriləcək



Newscenter.az.16.12.2020. 16-17 dekabr tarixlərində Azərbaycanın sədrliyi ilə Enerji Xartiyası Konfransının 31-ci iclası videokonfrans formatında keçiriləcək.

Newscenter.az-a Energetika Nazirliyindən verilən xəbərə görə, tədbirin birinci günündə iclas prosedur məsələləri nəzərdən keçiriləcək, ikinci gün isə "Hərkəs üçün enerji səmərəliliyi: İnnovasiyalar və investisiyalar" mövzusunda Nazirlər iclası keçiriləcək.

Enerji Xartiyası Konfransının 31-ci iclasına energetika naziri Pərviz Şahbazov sədrlik edəcək.

Sevinc
Xəbəri paylaş