Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neftçalada yollar əsaslı təmir olunur



Newscenter.az.18.12.2020. Neftçalada şəhərdaxili və qəsəbələrdə yolların əsaslı təmiri sürətlə davam etdirilir. Bu barədə Newscenter.az-a Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, rayonda həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri çərçivəsində yol infrastrukturunun inkişaf etdirilməsi əsas idtiqamət təşkil edir. Hazırda şəhərdaxili və qəsəbələrdə yolların əsaslı şəkildə təmir olunmasına start verilib. Şəhərin S. Bayramov, İ. Əbilov, Pambıqçı, C. Abdullayev, Həsənəbad qəsəbəsində H.Z. Tağıyev, M.Ə.Sabir, digər küçələrində əsaslı təmir işləri görülüb və davam etdirilir.

Sakinlərin rahatlığı üçün plan üzrə bütün yollarda təmir bərpa işlərinin həyata keşiriləcəyi nəzərdə tutulub.

Anar
Xəbəri paylaş