Newscenter.az.19.12.2020. Paytaxtın Səbail rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən restoran aşkarlanıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Badamdar qəsəbəsi, Əli Nəzərov küçəsində yerləşən restoranın icarədarı Nadir Səmədov, həmçinin orada olan 28 nəfər şəxs saxlanılaraq polis idarəsinə gətiriliblər.
Saxlanılan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunaraq inzibati tənbeh tədbiri tətbiq olunub.