Newscenter.az.20.12.2020. İstər Azərbaycanın hərbi və mülki şəxslərinin, istərsə də Rusiyalı, 29 yaşlı rusiyalı istehkamçı Vitali Morozun ölümündə Ermənistan dövləti və Ermənistan Silahlı Qüvvələri məsuliyyət daşıyır.
10 Noyabr müqaviləsini imzalamaqla Ermənistan Dağlıq Qarabağdakı erməni terroristlərinin etdiyi bütün cinayətlərin məsuliyyətini öz üzərinə götürüb.
Ermənistan tərəfi minalanan sahə barədə biliklərə sahibdir çünki bu minaları mülki erməni deyil, Ermənistan ordusu basdırıb və deməli xəritə də onlarda var.
Bu illər ərzində minaya düşüb ölən hər hansı bir erməni hərbiçisi haqqında məlumat olmaması bu ehtmalı bir daha möhkəmləndirir.
Rusiya Sülhməramlıların Dağlıq Qarabağa yerləşməsi ərəfəsi ordakı hərbi qruplaşmaların rəhbərliyindən tələblərindən biri də minalanan sahələrin xəritəsinin verilməsi idi.
Ardınca bir neçə dəfə də eyni tələb səsləndirilib. Rusiya tərəfinin davamlı tələblərinə baxmayaraq, bu məlumatları sülhməramlılarla bölüşmürlər.
Belə halda isə bütün məsuliyyəti Ermənistan öz üzərinə götürməlidirlər.
Minaya düşərək həlak olmuş Azərbaycanın mülki əhalisinə görə ailə üzvləri təzminat tələbi ilə fərdi qaydada, dövlət isə Cenevrə konvensiyasının pozulması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməlidir.
Yeganə Hacıyeva-politoloq