Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəyanət edənlərin hamısı cəzalandırılmasa...



Newscenter.az.19.12.2020. Bütün dünyaya qarşı vuruşan Adolf Hitlerin bir kəlamı var idi: "Vətənini azad etmək istəyirsənsə, silahına qoyduğun on güllədən doqquzunu içindəki satqınlara, birini isə düşmənə atmağın kifayətdir". Vətəninin azadlığı üçün apardığı mübarizəyə görə tarixdə qalmasa da, Hitlerin bu kəlamı tarixdə qalıb.

İndiki məqamda bu bizim ölkəmizə aid olan çox əhəmiyyətli fikirdir. Dövlətimiz və xalqımız tarixən heç bir düşmənlə mübarizədə satqınlar olmadan ciddi itkilər verməyib.

Daxildəki korrupsiya, qanunsuzluq və insanların hüquqlarını kütləvi şəkildə pozmaqla məşğul olan məmurlarla aparılan mübarizənin daha da kəskin şəkildə davam etdiriləcəyinə əminəm!

Ancaq son proseslər içimizdə hələ daha çox xəyanəkarların olduğunu göstərdi: Vətənimizin azadlığı uğrunda Böyük Vətən müharibəsində haqq mübarizəmizə xəyanət etmələri ilə bağlı adları hallanan satqınlar və ağır pandemiya ilə amansız mübarizədən də özlərinin maraqları və cibləri üçün istifadə edən xəyanətkarlar!

Müharibə dövründə ən xırda hərəkəti ilə belə düşmənə yardımçı olan və arxa cəbhədə mövcud vəziyyətdən istifadə edərək xüsusilə də səhiyyə sahəsində möhtəkirlik edən bu cür şəxslər ən ağır şəkildə və nümayişkaranə cəzalandırılmasalar, bizim haqq mübarizəmiz və əldə etdiyimiz qələbə yarmçıq və nəticəsiz qalacaqdır!

Uca Tanrı Azərbaycanı qorusun!

Xəyal Bəşirov-politoloq
Xəbəri paylaş