Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2021-ci ilin təhsil xərcləri nə qədər olacaq?



Newscenter.az.21.12.2020. Gələn ilin dövlət büdcəsindən təhsil xərclərinə 3277,7 milyon manat vəsait ayrılacaq ki, bu da 2020-ci ilə nisbətən 242,9 milyon manat və ya 8,0 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 1085,5 milyon manat və ya 49,5 faiz çoxdur.

“Report” xəbər verir ki, bu, 2021-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, 2021-ci ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,5 faiz təşkil edəcəkdir ki, bu da 2020-ci ilə nisbətən 0,5 faiz-bənd çoxdur. Təhsil xərclərinin növbəti il üçün proqnozlaşdırılan ÜDM-də xüsusi çəkisi 4,3 faiz olacaqdır ki, bu da 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 1,6 faiz-bənd çoxdur.

Son 5 ildə (2016-2021-ci illər) bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,6 faiz-bənd, natural ifadədə isə 1523,3 milyon manat və ya 86,8 faiz artıb.

Təhsil xərcləri üçün ayrılmış vəsaitin 1764,7 milyon manatı və ya 53,8 faizi ümumi təhsil xərclərinin (2020-ci illə müqayisədə 62,3 milyon manat və ya 3,7 faiz çox), 1001,2 milyon manatı və ya 30,5 faizi (2020-ci illə müqayisədə 143,0 milyon manat və ya 16,7 faiz çox) təhsil sahəsində digər müəssisələrin və tədbirlərin (dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi ilə bağlı xərclər, bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı), 319,3 milyon manatı və ya 9,7 faizi (2020-ci illə müqayisədə 31,5 milyon manat və ya 11,0 faiz çox) məktəbəqədər təhsil xərclərinin, 71,0 milyon manatı və ya 2,2 faizi orta ixtisas təhsili xərclərinin, 60,9 milyon manatı və ya 1,9 faizi ali təhsilin (2020-ci illə müqayisədə 11,8 milyon manat və ya 24,1 faiz çox), 51,1 milyon manatı və ya 1,6 faizi peşə təhsilinin, 9,4 milyon manatı və ya 0,3 faizi əlavə təhsilin və təhsil sahəsində tətbiqi tədqiqatların maliyyələşdirilməsinə yönəldiləcək.

2021-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının, “ADA” Universitetinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, Milli Aviasiya Akademiyasınin maliyyə təminatı üçün 54,7 milyon manat vəsait nəzərdə tutulub.

Əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını təmin etmək və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə tələbə kreditinin verilməsi üçün növbəti ilin dövlət büdcəsindən 80,0 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Xəbəri paylaş