Newscenter.az.21.12.2020. Artıq hər gün koronavirusun daha yeni təhlükələri ilə bağlı məlumatlar yayılmaqdadır. Əvvəllər bu virusla bağlı qorxuya və panikaya düşməməyi, bu vəziyyətin virusun özündən daha təhlükəli olduğu barədə çağırışlar edən ÜST və dünya ölkələri indi özləri panika yaymaqla məşğuldurlar.
Yeni məlumata görə, Covid 19-un mutasiyaya uğramışı yeni və daha təhlükəli növünə Londonda rast gəlinib. Deyilir ki, bu növ insanı dərhal öldürür. Ən son informasiyaya əsasən isə artıq bu növə Belçika, Hollandiya, Danimarka və Avstraliyda da rast gəlinib. Hər gün bir neçə ölkə bu siyahıya əlavə olunacaq.
Əsas məqsəd bu prosesdən milyardlar əldə etməyi planlaşdıranların, virusdan qorunmaq üçün vaksinlərin hazırlanmasına sərf etdikləri milyardlarla vəsaitin əldə edilməsi ilə bağlıdır. Çünki artıq bir çox insanlar və hətta dövlətlər belə vaksindən imtina edəcəkləri ilə bağlı fikirlər səsləndirirlər. Ona görə də, bu yolla insanları daha da qorxudub, könüllü şəkildə vaksinasiyaya razılıq vermək üçün məcbur etmək istəyirlər!
Bu cür təhlükəli informasiyaların təsiri altına düşmək düzgün deyil. Hər bir halda, artıq demək olar ki, bütün əlamətləri və simptomları hamımıza məlum olan bu virusdan qorunmağın yollarını bilirik. Fərdi qaydada qorunmaqla ümumilikdə cəmiyyətimizin də immunitetini gücləndirərək bu virusa da qalib gələ bilərik. Çünki, əsas odur ki, bu virusdan həm qorunmaq, həm də müalicə olunmaq mümkündür! Uca Tanrı Xalqımızı qorusun!
Xəyal Bəşirov-politoloq