Newscenter.az.21.12.2020. “Düzgün qidalanma sağlamlığın rəhnidir, xüsusilə koronavirus pandemiyası dövründə”.
Newscenter.az xəbər verir ki, bu barədə “Sputnik” radiosuna müsahibəsində həkim-dietoloq, qastroenteroloq, kulinariya blogeri Nuriya Dianova qüsursuz təşkil edilmiş menyunun köməyi ilə immuniteti gücləndirməyin üsulundan danışarkən deyib.
Onun sözlərinə görə, rasionda zülal, mikroelementlər və vitaminlər dəstinin, xüsusən C və D-nin olması mütləqdir. Əsas odur ki, hər qəbul edilən qidanın tərkibində zülalın hansısa növü olsun.
O, bir günlük təxmini nümunəvi menyu təklif edib.
"Səhər yeməyi üçün canlı zülalı olan bir dilim pendir ilə sıyıq olmalıdır. Südlü sıyıq, südü həzm etsəniz əla olar. Buna bir fincan qəhvə və bir neçə quru meyvə əlavə etməlisiniz, məsələn, quru ərik sizə sellüloz verəcək", - həkim deyib.
Nahara quş və ya balıq. Və tərəvəzləri də unutmamaq lazımdır. Tərəvəzlər vitaminlər və karbohidratların mənbəyidir.
Şam yeməyinə yüngülü nəsə hazırlamaq daha yaxşıdır, məsələn tərəvəz omleti.
"Bunu etmək üçün dondurulmuş tərəvəzləri bişmiş bir omlet qarışığına tökün, kiçik bir dilim çörək əlavə edin, vəssalam. Zülallar, bir az yağ, karbohidratlar var",- deyə Nuriya Dianova izah edib.
Dietoloqun sözlərinə görə, qüsursuz təşkil edilmiş rasionun sayəsində gün ərzində orqanizm immunitetin gücləndirilməsi, anticismlərin hazırlanması üçün xammal alır.
Anar TAĞIYEV