Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etməyə çalışacaq.



Newscenter.az.21.12.2020. “Ermənistanda Rusiya hərbi bazasının ölkədən çıxarılması barədə "Ermənistan Avropa Partiyası" mitinqlər təşkil edir. Bu partiya hakim "Mənim Addımım İttifaqı" partiyasının kurasiyasındadır və təlimatlar bu partiyadan alınır. Qərbə inqteqrasiya siyasi kursunu öz siyasi xətti elan edən "Ermənistan Avropa Partiyasının" bu mitinqləri birbaşa Rusiya əleyhinə Soros fondu tərəfindən maliyyələşir”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O, qeyd edib ki, Rusiya əleyhinə Nikol Paşinyan birbaşa fəaliyyətə keçməsə də, dəstəklədiyi siyasi partiyaları bu prosesə cəlb edir:

“Bununla Paşinyan ölkəsində Rusiya əleyhinə isterianı davam etdirəcəyini göstərir. Qeyd edim ki, "Ermənistan Avropa partiyasının" Gümrüdə Rusiya bazasının çıxarılması barədə mitinqini keçirməsi təsadüfi deyil və bu, Qarabağ müharibəsində məğlub olan Ermənistanın Rusiyadan uzaqlaşmaq kursunun tərkib hissəsidir”.

Politoloq deyib ki, baş nazir Nikol Paşinyanın devrilməsi üçün artıq müxalifətin mitinqləri səmərəli olmadı:

“Ötən gün Paşinyanın geniş xalq kütləsi ilə yürüş etməsi, müxalifətə və Rusiyaya mesaj idi. Çünki, Robert Koçaryan yenidən səhnəyə qayıdıb və Moskvada anti-Paşinyan layihəsini müzakirə edir. Ona görə də Nikol Paşinyan prosesləri ələ almaqla Rusiyanın onu devrimək planının qarşısını alır və müxalifəti neytrallaşdırır. Artıq Nikol Paşinyan vəziyyətə nəzarəti ələ alır. Bundan sonra Rusiyaya qarşı proseslərə start verəcək və Gümrüdəki Rusiya hərbi bazasının çıxarılması üçün vətəndaş cəmiyyətini və qərbyönümlü siyasi partiyaları önə verəcək”.

Məhəmməd Əsədullazadə onu da qeyd edib ki, rəsmi Yerevan Azərbaycanla dövlət sərhəddinin delimitasiya və demarkasiyasını sakit tərzdə həyata keçirir:

“Oradakı xalqın narazılığına əhəmiyyət vermir. Hətta Qazax istiqamətində sərhəddin demarkasiyasında işğal altında kəndlərin Azərbaycana qaytarılması da mümkün olacaq. Ermənistan hakimiyyəti bu istiqamətdə provakasiyaya getməyə cəhd etmir. Ermənistanda Rusiyanın siyasi mövqeyinin zəifləməsi regionda sülhün və təhlükəsizliyin təmin olunması deməkdir. Həmçinin Ermənistan Baş naziri Nikol Paşinyan yaxşı bilir ki, Rusiya Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşma siyasətinə qarşıdır. Nikol Paşinyan hakimiyyətdə qala biləcəksə, Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etməyə çalışacaq. Onun planı Ermənistanı regional layihələrə qoşmaq və Qarabağ məsələsini arxa fona keçirməkdir. İlk öncə, o, Rusiyanın mövqeyini ölkəsində zəiflətməyə başlayacaq”.

Mehman
Xəbəri paylaş