Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

26 məktəbdə informatika təmayüllü siniflər fəaliyyət göstərir



Newscenter.az.22.12.2020. Təhsil Nazirliyi və BP şirkətinin əməkdaşlığı çərçivəsində “İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi” layihəsi həyata keçirilir. Layihə çərçivəsində paytaxtın 26 ümumi təhsil məktəbində informatika təmayüllü siniflər fəaliyyət göstərir.

Newscenter.az-a Bakı Şəhəri Təhsil İdarəsindən bildirilib ki, BŞTİ-nin tabeliyindəki 5 ümumi təhsil müəssisəsində isə peşə təmayüllü siniflər fəaliyyət göstərir.

Paytaxtdakı 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.

Həmçinin BŞTİ və Britaniya Şurası Təşkilatının (British Council) birgə əməkdaşlığı çərçivəsində 4 ümumi təhsil məktəbində İngilis dili resurs mərkəzi fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyəti çərçivəsində Britaniya Şurası Təşkilatı təlimçilərinin moderatorluğu ilə 4 günlük “Müəllimlərin Fəaliyyət Qrupları” və 2 günlük “Debat, Əlaqə, Dialoq” mövzularında təkmilləşdirmə təlimləri keçirilib.

R.Mehdiyeva
Xəbəri paylaş