Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Crystal Group of Companies" ASC "YAŞAT" Fonduna pul vəsaiti köçürüb



Newscenter.az.22.12.2020. "Crystal Group of Companies" ASC sosial həmrəylik nümayiş etdirərək ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə "YAŞAT" Fonduna pul vəsaiti köçürüb.

Bu barədə məlumat Newscenter.az-a Səhmdar Cəmiyyətdən daxil olub.

Məlumat üçün bildirək ki, "YAŞAT" Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 08 dekabr tarixli Fərmanı ilə yaradılan fondun əsas məqsədi Vətən Müharibəsi zamanı yaralanmış hərbi qulluqçuların və şəhidlərin ailələrinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi, maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsindən ibarətdir.
Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi ianələr habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Hər zaman dövlətimizin sosial yardımlaşma tədbirlərində fəal iştirak edən "Crystal Group of Companies" ASC daha öncə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna pul vəsaiti köçürmüşdü. Şirkətdən bildirilib ki, sosial məsuliyyətdən irəli gələn xoşməramlı missiyanı yerinə yetirməkdən , yaralanmış hərbi qulluqçuların və şəhidlərin ailələrinin yanında olmaqdan qürur hissi duyurlar.

Anar
Xəbəri paylaş