Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan müxalifəti Yerevanın mərkəzi meydanında çadırlar qurur



Newscenter.az.22.12.2020. Ermənistan müxalifətinin nümayəndələri Yerevanda Respublika meydanında çadır qurur, orada gecələməyə hazırlaşırlar.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Daşnaksütyun Partiyasının nümayəndəsi İşxan Saqatelyan müxalifətin Yerevanda keçirilən mitinqində bildirib.

“Hava soyuqdur. Bizim qərarımız qətidir. Geriyə yol yoxdur. Biz “Mənim addımım” fraksiyasına (baş nazir Nikol Paşinyanın başçılıq etdiyi hakim fraksiya- red.) “Vətənin xilası uğrunda hərəkat”la ölkədə yaranmış vəziyyəti müzakirə etmək üçün nümayəndə göndərməsi naminə saat 18-dək vaxt veririk”, - o deyib.

İ.Saqatelyanın sözlərin görə, parlament idarəetmə forması şərtləri əsasında baş nazir N.Paşinyanın istefasını parlament həll etməlidir. O qeyd edib ki, “Mənim addımım”ın münasibətini gözləyirlər, o vaxtadək meydanda çadır qurulacaq.
Xəbəri paylaş