Newscenter.az.22.12.2020. Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vətən müharibəsində yaralanan Ağsu rayonu, Qaraqoyunlu kənd sakini Ağasəlim Mürşüdov və ailəsi ilə görüşüblər.
Nazirlikdən verilən məlumata görə, Ağasəlim özü müharibəyə qədər Bakıdakı şirkətlərdən birində işləyib, müharibədə olduğu vaxt və sonralar da hər ay əməkhaqqı ödənilir.
Ailə ilə görüş zamanı atası Namiq Mürşüdovun istəyinə uyğun olaraq özünüməşğulluq proqramına növbədənkənar cəlb edilməsi qərara alınıb, yaxın günlərdə onun üçün heyvandarlıq təsərrüfatı yaradılacaq.
Ağasəlimin iki qardaşı var, hər ikisinə iş təklif edilib, lakin hələ ki, işləmək istəmədiklərini, istədikləri halda isə məşğulluq mərkəzinə müraciət edəcəklərini deyilbər. Anası əlilliyi olan şəxs olduğundan yaxın günlərdə onun üçün də birdəfəlik yardım ayrılacaq. Qazinin əlilliyi qiymətləndiriləcək, əlillik təyinatı aparıldığı halda sosial ödənişlərlə təmin olunacaq.