Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəstəxanada koronavirusdan ölən şəxslərin meyitləri dəyişik düşüb?



Newscenter.az.22.12.2020. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusdan ölən 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı iddialara münasibət bildirib.

Qurumun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən “Report”a bildirilib ki, TƏBİB ölkə üzrə tabeliyində olan bütün xəstəxanalarda stasionar müalicə ilə məşğul olur.

“Xəstənin xəstəxanada dünyasının dəyişməsi hallarında meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilir. Sözügedən quruma isə TƏBİB nəzarət etmir”, - qurumdan qeyd olunub.
Xəbəri paylaş