Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropadan daha 10 azərbaycanlı deportasiya olunub



Newscenter.az.26.12.2020. Almaniya və Belçikadan 10 azərbaycanlı deport olunub.

"Report"un Avropa bürosunun məlumatına görə, bunlardan 6-sı Belçikadan, 4-ü isə Almaniyadandır.

Deportasiyaya səbəb həmin şəxslərin miqrasiya qanunvericiliyini pozmasıdır. Belçika və Almaniyadan çıxarılan azərbaycanlılardan 9-u Azərbaycan, 1-i isə Ukrayna vətəndaşıdır.

Qeyd edək ki, son dövrlər bir sıra sığınacaq almaq istəyən azərbaycanlıların bu statusu ala bilməmələrinə səbəb Avropa miqrasiya orqanlarına təqdim etdikləri saxta sənədlər olub. Bu, sənədlərin həqiqiliyinin Azərbaycanın müvafiq dövlət orqanlarına verilən sorğu ilə araşdırılması zamanı ortaya çıxır. Eyni zamanda, bu sənədlərin hazırda Almaniyada istintaqı davam edən “Mühacir alveri”i işində adı hallanan şəxslərdən biri vasitəsi ilə əldə edildiyi müəyyən olunub.

Xatırladaq ki, bu ayın əvvəlində 10-dan çox azərbaycanlının Almaniyadan deport olunduğu açıqlanmışdı. 2015-2017-ci illərdə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyən 4-ü bir ailədən olmaqla ümumilikdə 12 Azərbaycan vətəndaşı haqqında ölkədən məcburi çıxarılma ilə bağlı idarə məhkəmələri qərar verib.
Xəbəri paylaş