Newscenter.az.26.12.2020. Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Newscenter.az Baş Prokurorluğa istinadən xəbər verir ki, Ağstafa şəhər sakini Elnura Qədiməlizadə, Ağstafa rayonu Poylu kənd sakini Sahib Yaqubov, rayonun Qaçaq Kərəm kənd sakini Oqtay Kotyalov və Eynallı kənd sakini Seymur Kərimovun ictimai yerdə tənəffüs yollarını qoruyan fərdi mühafizə vasitələrindən istifadə etməmələrinə görə toplanmış materiallar üzrə 24.12.2020-ci ildə Ağstafa rayon prokuroru tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Ağstafa rayon polis şöbəsinə göndərilmişdir.
Xüsusi karantin rejimi qaydalarını pozmuş şəxslər barəsində prokurorluq orqanları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin edilir.