Newscenter.az.26.12.2020. Deputat Zahid Orucun rəhbərliyindəki Sosial Tədqiqatlar Mərkəzi (STM) sülhməramlıların Qarabağ bõlgəsinə sülh gətirə bilməsi barədə sorğunun nəticəsini açıqlayıb.
Sorğunun Nəticələr budur. Respondentlərin, yəni rəyi soruşulan şəxslərin bölgədə sülhün təminatçısı rolunda fikri:
- 29.0% yalnız Türkiyə sülhməramlılarını görür
Ìnam doğurmur. Ola bilərmi ki, Azərbaycan xalqı, əhalisinin cəmisi 29%-i, yəni hər 10 nəfər həmvətənimizdən yalnız 3-ü bõlgədə Türkiyə sülhməramlılarının təkcə olmasını istəsin və qalan 7-si istəməsin? Nə dərəcə doğrudur bu?
Keçək digər müddəlara:
- yalnız Rusiya sülhməramlılarının bölgədə sülhü təmin edəcəyini 1.0% respodent düşünür və ardınca da qeyd edir ki,
- Rusiya sülhməramlılarının bölgəyə gəlişinin nəticələrinin müsbət olacağını 35.5% sakinimiz respondent düşünür...
Bu da inam doğurmur.. Z. Oruc həm qeyd edir ki, əhalinin cəmisi 1.0%-i Rusiya sühməramlı qüvvələrin sülh yaradacagını düşünür, yəni 99%-i sülh yaradacağını düşünmür. Və həm də yazır ki, həmin əhalinin 35.5%-i Rusiya sülh məramlı qüvvələrinin müsbət nəticə verəcəyini düşünür. Bu, çox ziddiyyətli və məntiqsizlikdir..
Ìkincisi, Azərbaycan əhalisinin hər 3 nəfərindən 1-i, yəni 35.5%-i heç, Rusiya sülhməramlısının gəlişindən müsbət nəticə gõzləyirmi? Realdır? Əhali də, cəmiyyət də, cəmiyyətlə daimi fikir və rəy təmasında olan biz, ictimai insanlar da, bu həssas məqamda xalqın ümumi fikrinə bələdik.
Və maraqlısı odur ki, bu 35.5% "Rus gõzləntisi" ardınca dərhal izah verilir ki, xalqın buna motivi ermənilərin azərbaycanlılara qarşı təxribatının qarşısının alınacağı fikridir. Yəni, Rusiya burada bizim xalqı erməni təxribatından qoruyur və ona gōrə xalqımız ruslardan müsbət nəticə gözləyir. Bu cür absurd izahın õzündən 35.5 %-in qurama olması və onu malalamaq niyyəti aydın gõrünür
Nəticə də onu gõstərir ki, bu sorğu da, yenə hər dəfə olduğu kimi, Zahid Orucun cəmiyyətimizin və xalqımızın fikir, rəyində Rusiyanın Türkiyə ilə əhəmiyyətli, rəğbətli çəkisini bərabərləşdirmək mõvqe, "missiyasına" xidmət edir, manevrlərlə! Bu cür çalışqanlıq isə, təəssüflər olsun ki, rəqib ermənilərin qarşısında bizi xeyli gücsüzləşdirir. O mənada ki, bizi tam və hərtərəfli dəstəkləyib, arxa duran qardaş Türkiyə ilə, ermənilərə dayaq durub, onlara hər zaman və bu gün də, dəstəkçi olan Rusiyanı eyni tutmalıyıq, onlardan eyni də müsbət gõzlənti ilə. Təsəvvür edin, Ermənistan cəmiyyətində kimin hünəri çatardı ki, Rusiya ya Fransanı rəqib Türkiyə ilə eyni, bərabər tutsun?
Yaxşı olardı, xalqın nəbzi, rəyi, fikrini õyrənmək üçün nəzərdə tutulmuş sosial tədqiqat qurumu rəhbəru Zahid Oruc xalqın içinə çıxıb bir təmas qursun əhali ilə, müxtəlif siyasi ictimai insanlar ilə debatlara çıxıb, mətbuat konfransları keçirib xalqın cəmiyyətin real, həqiqət fikirini õyrənsin.
Təəccüb qalırsan ki, xalqımızın və dõvlətimizin də, Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gəlişi və xüsusən, son müəmmalı davranışı və siyasətindən sualda qaldığı vaxt Zahid Orucun (STM) bu cür müəmmalı sorğuları nəyə lazım? Ümumiyyətlə, biz, milli mənafe, xalq və dövlət maraqları yolunda xeyli islahat işləri etməliyik.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri