Newscenter.az.28.12.2020. Azərbaycan tarixinə öz adlarını qanları ilə yazan, bu torpağın uğrunda canlarını, sağlamlıqlarını düşünmədən fəda edən, xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyan, Cənab Ali Baş Komandanın irəli əmri ilə bizlərə qələbə sevincini yaşadan qəhrəman şəhid və qazilərimizin qarşısında vəzifəmizdən asılı olmayaraq hamımız borcluyuq.
Newscenter.az xəbər verir ki, bu sözləri Millət vəkili, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov dekabrın 27 də Yevlax rayonun Yuxarı Qarxun və Aşağı Qarxun kəndlərində şəhid ailələri və qazilərlə görüşü zamanı səsləndirdi. Millət vəkili bu gün özünün ən əsas vəzifəsinin məhz, şəhid ailələrinin, qazilərimizin yanında olmaqda, onların problemləri ilə maraqlanıb, həlli istiqamətində əlindən gələni etməkdə olduğunu bildirmişdir. İlham Məmmədov şəhid Əkbər Tağıyevin və Özal Yusifovun evlərində olaraq mərhum şəhidlərimizin valideynləri ilə görüşmüşdür.
İlham Məmmədov şəhid valideynlərinə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edərək, xalqımıza zəfəri yaşadan, cənab Ali Baş Komandanın döyüş əmrini qəhrəmancasına yerinə yetirən bu igid oğullarımızın ruhu qarşısında baş əydiyini və Azərbaycan xalqının məhz Əkbər kimi, Özal kimi şəhidlərimizə borclu olduğunu bildirmişdir. Millət vəkili öz növbəsində şəhidlərimizin valideynlərinə belə qəhrəman, vətənpərvər övladlar böyütdükləri üçün minnətdarlıq hissi duyduğunu qeyd etmişdir. Şəhid valideynləri də, öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və ölkəmizin birinci xanımı, I Vitse Prezident Mehriban xanım Əliyevaya minnətdar olduqlarını qeyd edərək, şəhid valdeyini kimi övladlarının qəhrəmanlıq səlnaməsindən qürur duyduqlarını, ən ali mərtəbəyə şəhidlik zirvəsinə ucalmalarına görə fəxarət hissi keçirdiklərini bildirmişlər. İlham Məmmədov şəhid valdeyinləri Məhəmməd Tağıyevin və Pərvanə Yusifovanın problemləri ilə də yaxından maraqlanmış və şəhid ailələrini narahat edən problemlərin qısa zamanda həllini tapacağını vurğulamışdır.
Daha sonra Millət vəkili İlham Məmmədov ölkəmizin ərazi bütövlüyü uğrunda döyüş tapşırığını yerinə yetirərkən igidlik nümayiş etdirərək öz sağlamlıqlarını fəda etmiş Qarabağ qaziləri Ramazan Yüsifovun və Aqil Yusiflinin evində olaraq onların səhhəti ilə maraqlanmış, keçdikləri şərəfli döyüş yolunda qazilərimizin xatirələrini dinləmişdir. İlham Məmmədov qazilərimizin göstərdikləri qəhrəmanlıqdan dolayı bütün xalqımızın onlara minnətdar olduğunu bildirərək vurğulamışdır ki, məhz bu gün əzəli torpaqlarımız Qarabağın yağı düşməndən azad olunması şəhid və qazilərimizin canları, qanları bahasına əldə edilmişdir. Millət vəkili İlham Məmmədov qazilərimizə Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının fəxri fərmanlarını və qiymətli hədiyyələr təqdim edərək onlara can sağlığı arzulamışdır. Qazilərimiz də öz növbəsində ölkə Prezidenti cənab Ali Baş Komandanın qarabağ qazilərinə göstərdiyi diqqət və qayğıdan dolayı minnətdar olduqlarını bildirmişlər.
Millət vəkili qazilərimizin müalicəsi, onların özlərinin və ailələrinin problemləri ilə yaxından maraqlanmış, həlli istiqamətində müvafiq qurumlara məlumat verilərək qısa zamanda həllini tapacağına söz vermişdir. İlham Məmmədov torpaqlarımızın bütövlüyü uğrunda öz canlarını fəda edən qəhrəman şəhid və qazilərimizin hər zaman olduğu kimi bundan sonra da möhtərəm prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə əhatələndiyini bildirərək, ölkə rəhbərliyinin hər bir şəhid ailəsinin, hər bir qazinin bütün sosial və məişət problemlərinin həlli istiqamətində yüksək işlər gördüyünü diqqətə çatdırmışdır.
Ölkəmizin birinci xanımı, I Vitse Prezident Mehriban xanım Əliyevanın humanizm və xeyirxahlıq ideyalarının bariz nümünəsi olaraq, qarabağ qazilərinin müalicəsi, onların müasir protezlərlə təmin edilməsi bunun əyani sübutudur deyən İlham Məmmədov şəhid ailəsinin, şəhid evinin hər bir Azərbaycanlı üçün ən müqəddəs məkan olduğunu və hərbirimizin ən böyük vətəndaşlıq borcunun məhz şəhid və qazilərimizin bizlərə bəxş etdiyi bu qələbəni tarix var olduqca unutmamaq
Anar